Dünyaca məşhur “The Simpsons” cizgi serialı ABŞ prezident seçkiləri ilə bağlı öz proqnozlarını yayımlayıblar.
Sfera.az xarici KİV-ə istinadən verir ki, cizgi filminin gündəmə gələn son bölümü 2000-ci il tarixli "Bart To The Future" adlı bölüm olub. Sözügedən epizodda Trampın 2024-cü il seçkilərində yenidən prezidentlik yarışına qatılacağı ilə bağlı açıqlama verməsi serialın pərəstişkarlarının diqqətini çəkib. Bu epizoddakı təfərrüatlar Kamala Harrisin prezidentlik yarışında qalib gələcəyinə dair ipucları verir. Harris, "Simpsonlar" filminin keçmiş proqnozlarında olduğu kimi, bənövşəyi kostyum, mirvari boyunbağı və sırğalar taxaraq təsvir edilib.
"The Simpsons" proqnozları ilə dünyada geniş əks-səda doğurmağa davam edir. Belə ki, 11 sentyabr hücumları, Donald Trampın seçki qələbəsi və COVID-19 pandemiyası kimi hadisələr baş verməmişdən çox əvvəl serialda işıqlandırılmışdı.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man