"SEPAH İran prezidentinin COP29-da iştirakına mane ola bilər" - ŞƏRH

Siyasət 02 Noyabr 2024 | 11:35
OXUNUB: 3068

Məlum olduğu kimi, cari ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirə 50-dən çox dövlət və hökumət başçısının qatılacağı gözlənilir. Həmçinin COP29-da iştirak üçün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da dəvət olunub. 

 

Maraqlıdır, hazırki münasibətləri nəzərə alsaq, Məsud Pezeşkianın iştirakı gözlənilirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran prezident səviyyəsində COP29-da iştirak etməyə bilər.Politoloqun sözlərinə görə, Azərbaycanda keçirilən COP29 tədbirində Pezeşkianın iştirakının qarşısını SEPAH alır:

 

“İran rejimi Azərbaycana qarşı yenidən fəaliyyətə keçib, bu prosesi SEPAH idarə edir. İranın Ali Dini rəhbərinin ofisi prezidentin kimlərlə görüşünü müəyyən edir və nəzarət SEPAH-a verilir. Pezeşkianın Kazanda Prezident İlham Əliyevlə görüşünə də məhz SEPAH icazə verməyib. Bunu Azərbaycanın İsraillə əməkdaşlığı ilə əlaqələndirirlər. İran rejimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişin əldə edilməsini, Zəngəzur dəhlizinin açılması perspektivinin yaxınlaşmasını özünə qarşı təhdid kimi qəbul edir. Azərbaycana qarşı yenidən təxribatlara və informasiya savaşına start verib. İran prezidenti Azərbaycanla münasibətlərin inkişafında maraqlı görünür, amma SEPAH və mühafizakar kəsim bunun qarşısını alır”. 


M.Əsədullazadə vurğulayıb ki, Tehran rejimi öz ənənəvi ritorikasından əl çəkmək istəmir:

 

“Bir müddət bundan əvvəl, Azərbaycan nümayəndə heyəti İranda oldu və nümayəndə heyətinin rəhbəri Şahin Mustafayev İran prezidenti ilə görüşdü. Pezeşkian Ş.Mustafayevlə görüşündə İranın Azərbaycanla bağlı səhvlərinin olduğunu etiraf etdi. Azərbaycan ikitərəfli münasibətlərin normallaşması üçün Tehranda səfirliyin fəaliyyətini bərpa etdi. Hazırda isə İranın Azərbaycana qarşı səhvləri davam edir. Tehran rejimi bu səhvləri düzəltmək niyyətində görünmür”.

 

Firuzə Əliyeva

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man