Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sfera.az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü Orxan Hüseynzadə bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini postunu tutub.
2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın bitirib.
Səhiyyə Nazirliyində (2006-2012-ci illər) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (2012-2018-ci illər) müxtəlif vəzifələrdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında (2018-ci il) çalışıb.
2018-ci ildən indiyədək isə Dövlət Əmək Müfəttişliyi Xidmətində fəaliyyət göstərib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man