Aİ ölkələri Rusiya qazını Azərbaycan qazı ilə əvəz edəcəklər

Siyasət 01 Noyabr 2024 | 17:20
OXUNUB: 4932

Rusiya qazından asılı olan Aİ ölkələri onun Azərbaycan qazı ilə əvəzlənməsinə razıdılar.

 

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

 

Məlumata görə, Macarıstanın “MVM” şirkəti və Slovakiyanın “Slovensky Plynarensky Priemysel” şirkətləri Ukrayna vasitəsilə ildə 12-14 milyard kubmetr qazın tədarükünə dair müqavilələr imzalamağa hazırdırlar. Ukraynanın “Qazprom” ilə dekabrda müqaviləsi başa çatacaq və uzatmaq niyyətində deyil. O yanacağın əvəzinə bu kəmərlə Azərbaycan qazına keçəcək. Belə ki, SOCAR onu Sudjadakı qazölçmə məntəqəsinə (hazırda Kursk vilayətindəki bu sərhəd şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir) çatdıracaq və oradan Macarıstan və Slovakiya şirkətlərinə veriləcək.  

 

Qeyd olunub ki, kommersiya sazişinin qüvvəyə minməsi üçün Kiyevin siyasi qərarı tələb olunmalıdır, çünki Ukraynanın qaz nəqli sisteminin operatoru tranzit imkanlarını ehtiyatda saxlamalı olacaq. Rusiya ilə Azərbaycan arasında mübadilə sazişi də zəruridir, çünki sonuncunun cari tədarükü əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur.

 

Əgər Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi üzrə müqavilələr imzalansa, Ukrayna öz ərazisindən qaz tranziti üçün ödənişlər almağa davam edəcək ki, bu da son illərdə ildə 800 milyon dollar təşkil edib.


Serbiya da Rusiya qazını qismən Azərbaycan qazı ilə əvəz etməyi planlaşdırır. Serbiya Prezidenti Aleksandr Vuçiç “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, gələn həftə o, Azərbaycan Prezidenti İlham Əliyevlə SOCAR-ın hansı həcmdə qazla təmin edə biləcəyini müzakirə edəcək. Bundan sonra Vuçiç Rusiya ilə yeni müqavilə üzrə danışıqlar aparmalı olacaq, çünki hazırkı müqavilənin müddəti 2025-ci ildə başa çatır. O, etiraf edib ki, proses asan olmayacaq, lakin Bakıdakı danışıqlardan sonra nə etmək lazım olduğu dəqiqləşəcək. Həmçinin Serbiya tədarükləri fəal şəkildə şaxələndirir. Ölkə SOCAR ilə əməkdaşlıqdan əlavə olaraq, Yunanıstandakı LNG terminalından da yeni boru kəməri açır.

 

Firuzə Əliyeva
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man