"ABŞ-də seçkinin taleyini 3 ştat müəyyən edəcək, Harris Trampdan bir pillə öndədir, çünki..."

Siyasət 31 Oktyabr 2024 | 12:55
OXUNUB: 3005

ABŞ-dəki prezident seçkilərinə sayılı günlər qalıb. Belə ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ Evə rəhbərlik edəcək.

 

Qələbə kimin olacaq, gözləntilər nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, seçkilərə az qalmış namizədlər arasında mübarizə gərginləşir. Onun sözlərinə görə, ölkə miqyasında keçirilən son rəy sorğularına görə, Donald Tramp və Kamala Harrisin səs nisbətləri demək olar, bərabərdir:

 

“Namizədlərin səslərinin bərabərləşməsinin bir neçə səbəbi var. Seçkinin ilk mərhələsində Tramp öndə görünürdü. Bunun səbəbi onun qarşısında qocalmış və xəstə Co Baydenin olması idi. Tərəflər arasındakı ilk debatdan sonra onlar arasındakı səs fərqi daha da artmağa başladı. Ancaq Baydenin namizədliyi Kamala Harrisə ötürməsindən sonra fərq sürətlə azalmağa başladı. Tərəflər arasındakı debatlar və seçki kampaniyası da fərqi artıra bilmədi. Həm respublikaçılar, həm də demokratlar zəif tərəflərini tez aşkara çıxarır və həmin istiqamətdən hücuma keçirlər. Seçki kampaniyasında tərəflər müdafiədən daha çox, hücuma üstünlük verirlər. Səsvermə gününə az qaldığı üçün ümumi ölkə miqyaslı problemlərdən daha çox, qərarsız ştatların problemləri istiqamətində müzakirələr gedir”.

 

Ekspert bildirdi ki, həssas ştatlar hesab edilən Şimali Korolina, Pensilvaniya və Miçiqanda namizədlərdən heç biri üstünlük qazana bilmir:

 

“Ağ Evə sahib olmaq üçün bu ştatlardan heç olmasa birində qalib gəlmək lazımdır. Pensilvaniyada sui-qəsd sonrası Tramp önə keçsə də, Harris kampaniyaya qoşulduqdan sonra onların səs fərqi bərabərləşdi. Əgər Tramp çalışarsa, bu ştatda mövqelərini möhkəmləndirə bilər. Burada həm respublikaçıların, həm də Trampın özünün nüfuzu böyükdür. Kamala Harrisi əsasən gənclər dəstəkləyir. Bunu nəzərə alaraq, Tramp son zamanlar Pensilvaniyada ali məktəblərdə təbliğatı gücləndirib. Respublikaçılar ayrı-ayrı ştatlarda güclü şəkildə işləsələr də, ümumi ölkə miqyasında onların şansını azaldan bir neçə məqam var. İlk məsələ ianə fondu ilə bağlıdır. ABŞ-də prezidentliyə namizədlərin topladığı ianələr seçki nəticələrinə ciddi təsir göstərir. Donald Tramp 2023-cü ilin yanvarından bu günə qədər 894 milyon dollar toplaya bilsə də, Kamala Harris bu ilin iyulundan sentyabrına qədər, yəni cəmi 2 aya 971 milyon dollar toplayıb. Baydenin kampaniyasından yığılan ianələrlə birlikdə vitse-prezidentin seçki fondunda hazırda 1,58 milyard dollar pul var. Bu, kifayət qədər böyük məbləğdir, Harrisin komandasını Tramp qarşında güclü edir”.

 

Z.Əmrəliyev qeyd etdi ki, respublikaçıların şansını azaldan digər məsələ ABŞ-də əsas seçici kütləsi olan orta təbəqənin Harrisə dəstək verməsidir:

 

“Donald Trampın iqtisadi siyasəti əsasən daha iri kapital sahiblərinin xeyrinə yönəldiyindən, bu, orta biznes təbəqəsini narahat edir və onlar demokratlara yönəlirlər. Hazırda Tramp komandasının əsas işi gənclərlə bərabər bu təbəqənin dəstəyini almaqdır. Təsadüfi deyil ki, Trampı dünyanın ən zəngin şəxsi olan İlon Mask da dəstəkləyir. Maksla bərabər bəzi milyarderlər də keçmiş prezidentin xeyrinə 395 milyon dollar ianə ediblər. Namizədlərin səs fərqinin bərabər olmasına baxmayaraq, bu kimi xırda amillərə görə Kamala Harris rəqibindən bir pillə önə keçmiş kimi görünür. Ancaq ABŞ-də qərar verməmiş xeyli sayda seçici var”.

 

Günay Rəsulqızı

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man