Azərbaycan Ermənistana COP29 tədbirində iştirak etmək üçün dəvət göndərib.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunması gözlənilir.
Onun sözlərinə görə, rəsmi İrəvan Ararat Mirzoyanın konfransda iştirakına bir halda razı olacaq:
“Yəni Bakıda həbsdə olan erməni diversantlar azad edilərək onunla İrəvana qayıtdığı halda nazir tədbirdə iştirak edə bilər. Paşinyan bununla sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini gücləndirmək və ona qarşı təzyiqləri neytrallaşdırmaq istəyir. Amma separatçılarla bağlı məsələlər müzakirə predmeti deyil. Bakıda həbsxanada olan separatçılar Paşinyana da lazım deyil. Ümumiyyətlə, Azərbaycanın da onları azad etmək fikri yoxdur”.
Politoloq xatırlatdı ki, rəsmi Bakı Ermənistanla danışıqlarda bir neçə dəfə həbsdə olan diversantların bəzilərini qarşı tərəfə verib:
“Ermənistan tərəfi növbəti dəfə Bakıdan belə bir addımın atılmasını xahiş edə bilər. Azərbaycan da etimad mühitinin yaxşılaşdırılması və sülh müqaviləsi istiqamətində danışıqların müsbət istiqamətdə irəliləyişi üçün humanitar addım ata bilər. Bunun üçün diversantların Ermənistana təhvil verilməsi mümkündür. Bu addım rəsmi Bakının siyasi mövqeyini gücləndirə, Ermənistanla danışıqlarda Fransanın Azərbaycana qarşı siyasi təxribatlarını neytrallaşdıra bilər”.
Günay
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man