"Viktor Orbana heyranıq" - Putinin sözçüsü

Siyasət 30 Oktyabr 2024 | 16:55
OXUNUB: 7211

“Macarıstan Polşa kimi ölkəyə çevrilməyəcək”.

 

Sfera.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban X platformasında yazıb.

 

“Avropa Xalq Partiyasının lideri Manfred Veber və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərliyi ilə Macarıstana qarşı açıq sui-qəsd cəhdi var. Onlar etiraf ediblər ki, məqsədləri Macarıstan hökumətini yeni icra orqanı ilə əvəz etməkdir. Biz buna imkan verməyəcəyik”, – Orban qeyd edib.

 

Sözügedən məsələyə Kremldən reaksiya gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Avropa İttifaqının daxili siyasi işlərinə qarışmır.

 

“Bizim Avropadaxili işlərə qarışmaq kimi zərrə qədər istəyimiz yoxdur. Buna baxmayaraq, bizi Avropa Komissiyasının rəhbərinin kifayət qədər uzaqgörən və bəzən ziddiyyətli xəttindən daha çox, Orbanın müstəqil və konstruktiv xətti heyran edir. Lakin daxili mübahisələrə qarışmaq fikrində deyilik”, – Peskov vurğulayıb.

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man