“Bu, gürcü xalqının seçimidir, heç bir ölkə müdaxilə edə bilməz" - Peskov

Siyasət 28 Oktyabr 2024 | 15:50
OXUNUB: 2806

“Hakim “Gürcü arzusu” partiyasının qələbəsi bu ölkə vətəndaşlarının seçimidir”.

 

Sfera.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, hazırda Gürcüstanda keçirilən səsvermənin nəticələrinə başqa ölkələrin müdaxiləsinə imkan vermək olmaz.

 

“Bu, gürcü xalqının seçimidir. İndi heç bir üçüncü dövlətin bu seçkilərin nəticələrinə müdaxilə etməməsi vacibdir. Gürcüstanın prezidenti bu seçkilərin nəticələrini tanımayacağını bildirdi.Bunun onun səlahiyyətləri daxilində olub-olmadığını dəqiq bilmirəm”, - Kreml nümayəndəsi konfrans zamanı bildirib.

 

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda ilk dəfə elektron seçki qutularından istifadə edilən parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 54,08% səs toplayıb və bu, ona parlamentdəki 150 yerdən 89-unu tutmağa imkan verib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçə bilsə də, seçkinin nəticələrini tanımayıb.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələri ilə razılaşmadığını bildirib və saxtakarlıq olduğunu qeyd edib. O iddia edib ki, “Gürcü arzusu”nun qələbəsini təmin edən səsvermənin nəticələri xalqın real seçimini əks etdirmir.

 

Günay 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man