Zurabişvilinin "veto"su, müxalifətin etirazı Gürcüstanda nəticələri dəyişə bilərmi? - AÇIQLAMA

Siyasət 28 Oktyabr 2024 | 15:38
OXUNUB: 2906

Gürcüstanda hakim partiyanın qələbəsi ilə nəticələnən seçkilərdən sonra siyasi böhran yaranıb. Belə ki, Prezident Salome Zurabişvili nəticələri tanımadığını elan edib, müxalifət də parlamentin işində iştirak etməyəcəyini bəyan edib.  

 

Maraqlıdır, müxalifət parlamentin legitimlik qazanmasının qarşını ala bilərmi? “Gürcü arzusu”nun siyasi gedişi necə ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, müxalifət mandatdan imtina etsə belə, parlamentin legitimliyini poza bilməyəcək:

 

“Parlamentdə konstitusiya çoxluğuna (113 mandat) ümid edən “Gürcü arzusu” ilkin məlumata görə 89 mandat əldə edib. Bu, seçki öncəsi vədlərin – kilsəyə xüsusi statusun verilməsi, LGBT təbliğatının qadağan edilməsi və s. – yerinə yetirilməsini çətinləşdirsə də, parlamentin bu seçkinin nəticələrinə uyğun fəaliyyətini təmin edir. Gürcüstan konstitusiyasına görə, 150 yerlik parlamentdə deputatların 51 faizinin (76 deputat) iştirakı qanunverici orqanın səlahiyyətə başlamasına və hökumətin formalaşdırılmasına imkan verir”.


A.Nərimanlı qeyd edib ki, “Gürcü arzusu” Zurabişvilinin “vetosu”nu qıra biləcək:

 

“Konstitusiyaya görə, Gürcüstan parlamentinin ilk iclası seçkinin nəticələrinin elan edilməsindən sonra 10 gün ərzində keçirilməlidir və ilk sessiyanı prezident təyin edir. Zurabişvilinin nəticəni tanımaması bu məsələdə çətinlik yarada bilər, lakin “Gürcü arzusu” legitimlik üçün lazım olan 76 deputatın olduğunu əsas gətirərək, prezidentin “vetosu”nu qıracaq. Konstitusiyada ilk iclasın prezident tərəfindən təyin olması qeydi ilə yanaşı, 10 gün ərzində keçirilməsi də yer alır və hökumət ikinci məqamı əsas götürə, parlament sədrinin qərarı ilk iclası keçirə bilər. Baş nazir İrakli Kobaxidze artıq bu barədə açıqlama verib.Hakim partiya artıq parlamentin fəaliyyətə başlayacağını, müxalifətin imtinasının heç nəyi dəyişdirməyəcəyini rəsmi şəkildə bildirib. Hərçənd hadisələrin gedişində müxalifət partiyalarının biri, yaxud bir neçəsi ilə razılaşmaq istiqamətində addımların atılacağı da gözləniləndir. Mümkün konsensusun “Gürcüstan naminə” partiyası ilə baş tutması ehtimalı var. Partiya sədri Georqi Qaxariya “Gürcü arzusu” hökumətində Baş nazir olub, hazırda mövqelər arasında kəskin ziddiyyətlər olsa da, keçmiş bağlılıq anlaşmaq perspektivlərini tam sıradan çıxarmır”.

 

Politoloqun sözlərinə görə, seçkinin nəticələrini hüquqi baxımdan ləğv etmək imkanı olmayan müxalifətin aksiyalarla nəsə etməkdən başqa yolu qalmır. Bunun isə nə qədər effektiv olacağı sual altındadır:

 

“Hakim partiyanın əlində inzibati resurslar və 50 faizdən artıq elektorat var. Həmçinin uzun müddətdir, aksiya ssenarisini tətbiq edən müxalifətin gücünün hakimiyyəti dəyişdirməyə yetərli olacağı ehtimalı azdır. Bundan əlavə, müxalifəti dəstəkləyən Qərbin prosesə müdaxiləsi hələki ritorik müstəvidən irəli getmir və mövqelərini tamamilə itirməmək, ən azı 50 faizə yaxın elektorata xitab edən müxalif güc üzərindən təsir imanlarını saxlamaq naminə praktiki müdaxiləni təxirə salacağı ehtimalı da mümkündür”.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man