ABŞ və Aİ-dən Gürcüstandakı seçki ilə bağlı MÜHÜM ÇAĞIRIŞ

Siyasət 28 Oktyabr 2024 | 13:10
OXUNUB: 12659

ABŞ və Avropa İttifaqı Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərini araşdırmağa çağırıb.

 

Sfera.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken açıqlamasında beynəlxalq və yerli müşahidəçilərin seçkilərin nəticələrini azad və ədalətli kimi tanımadıqlarını söyləyib.

 

"Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin bütün bildirilmiş seçki pozuntularının tam araşdırılması üçün çağırışlarına qoşuluruq", - Blinken bildirib.

 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell öz növbəsində ATƏT-in təsisatlarından biri olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nəticələrinə istinad edib. Büronun məlumatına görə, seçki günü gərgin mühit, bir sıra prosedur uyğunsuzluqları, habelə seçicilərə qarşı hədə-qorxu və təzyiqlər barədə məlumatlarla yadda qalıb.

 

Avropa diplomatiyasının rəhbəri Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər hakimiyyət orqanlarını üstlərinə düşən vəzifəni yerinə yetirməyə və seçkilərin keçirilməsi ilə bağlı pozuntuların operativ, şəffaf, müstəqil araşdırılmasını və mühakimə olunmasını təmin etməyə çağırıb:

 

“Bu pozuntular aydınlaşdırılmalı və düzəldilməlidir. Bu, seçki prosesinə etimadın bərpası istiqamətində zəruri addımdır”.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü arzusu” partiyası parlament seçkilərində qalib gəlib. MSK bildirib ki, partiya 53,93% səs toplayıb. Müxalifət seçkinin nəticələrini qəbul etməkdən imtina edib. Dəyişiklik naminə koalisiya alyansı və Vahid Milli Hərəkat partiyasının nümayəndələri mandatlarından imtina ediblər. Gürcüstan Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib və etirazlara çağırıb.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man