Gürcüstanda TARİXİ SEÇKİ: “Bu partiyalar qalib gələ bilər” - AÇIQLAMA

Siyasət 26 Oktyabr 2024 | 14:27
OXUNUB: 6091

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Səhər saat 8:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb. Seçkilərdə 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 3 milyon 113 min 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edəcək. Səsvermə saat 20:00-da başa çatacaq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, əsas mübarizə Qərblə münasibətləri pisləmiş milayder Bidzina İvanaşvili və Qərbə yaxın müxalifət arasında gedir. Onun sözlərinə görə, iki partiya, yəni iqtidardakı “Gürcü Arzusu” və həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin qurduğu ana müxalifət “Vahid Milli Hərəkat Partiyası” parlamentə rahat düşəcək:

 

“Bundan başqa, daha iki partiyanın - keçmiş baş nazir Georgi Qaxariyanın eyni adlı partiyasının və milyader Mamuka Xazaradzenin “Güclü Gürcüstan Naminə” partiyaları da bariyeri keçə bilərlər. Qaxariya 2019-cu il hadisələri zamanı daxili işlər naziri olub, müxalifətdə sevilən şəxs deyil. Sakaavşili ilə münasibəti pisdir. O, rəsmi şəkildə bildirib ki, əgər koalisiya yaradılacaq olsa, qəti şəkildə “Vahid Milli Hərəkat”la masaya oturmayacaq. Ehtimal ki, Qaxariya parlamentə keçərsə, keçmiş partiyası olan “Gürcü Arzusu” ilə anlaşacaq. Xazaredzə isə İvanaşvilinin istər biznes, istər siyasətdə əsas rəqibidir. Onun partiyası qalib gələrsə, “Gürcü Arzusu” hökuməti qanuni yolla devrilə bilər. İstənilən halda seçki sonrası uzun müddətli mitinqlər və kütləvi iğtişaşlar gözləniləndir”.

 

Müsahibimiz qeyd edib ki, müxalifətin qalib gəlməsi Qərbin Gürcüstanda möhkəmlənməsinə səbəb olacaq:

 

“Bundan sonra Rusiya ilə münasibətlər pisləşə bilər, hətta toqquşma riski də var. “Gürcü Arzusu”nun qalib gəlməsi isə bu ölkədə dindar-pravoslav dövlət və olduqca milliyyətçi cəmiyyətin qurulması ilə nəticələnək. Məhz İvanaşvilinin xeyir-duası ilə son zamanlar ölkədə dindar və millətçi mühafizəkar qruplar dirçəlib və bundan əvvəlki seçkidə onlar iqtidarın dəstəyi ilə parlamentə də gəldilər. Bu qüvvələr Azərbaycana və Türkiyəyə qarşı heç də xoş münasibət bəsləmirlər, Rusiya ilə münasibətlərin düzəlməsini arzu edirlər. Qeyd edim ki, gürcü pravoslav kilsəsi hələ də Moskva pravoslav kilsəsinin faktiki nəzarəti altındadır. Onlar düşünürlər ki, Rusiya bütün Gürcüstanı işğal etsə belə, dəyişən bir şey olmaz. Çünki ruslar gürcü milli kimliyini qoruyub saxlayacaqlar. Bu qruplar gələcəkdə hakimiyyətə də yiyələnə bilər. Onlar bizim üçün böyük təhdiddir. Azərbaycan üçün ən sərfəlisi Gürcüstanda nə Qərbə, nə də Rusiyaya meyilli olan milli hökumətin qurulmasıdır”.

 

Günay

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man