Əliyev-Paşinyan görüşü nələr vəd edir? - “İlin sonuna kimi...” + AÇIQLAMA

Siyasət 26 Oktyabr 2024 | 13:24
OXUNUB: 5321

BRİCS sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə ilin axırına kimi sülh müqaviləsinin bağlanması müzakirə edilib. Xarici işlər nazirləri yerdə qalan məsələləri razılaşdıracaq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, artıq iki dövlət arasında müharibə ehtimalı aşağıdır:

 

“İki ölkə arasında etimad mühiti formalaşır. Liderlərin sammit çərçivəsində və sonra apardıqları danışıqlar müsbət nəticə verir. ABŞ də sülh prosesini Türkiyə ilə müzakirə edir. Dövlət katibi Entoni Blinken Türkiyənin XİN rəhbəri Hakan Fidanla Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin perspektivləri və Ermənistan-Türkiyə arasında normallaşma prosesini müzakirə edib. Türkiyə-Ermənistan münasibətləri də normallaşır. İlin axırına kimi Türkiyə və Ermənistan sərhədləri açıla bilər”.

 

Ekspert bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə Bakıda həbsdə olan separatçıların azad olunması istiqamətində heç bir fikir mübadiləsi aparılmayıb:

 

“Lakin müharibədən sonra Hadrut istiqamətində Azərbaycan hərbçilərinə qarşı terror həyata keçirən Ermənistan ordusunun hərbçilərinin vaxtından əvvəl azad edilməsinin danışıqlar predmeti olması mümkündür. Sülh müqaviləsinin irəliləyişi və etimad mühitinin inkişafı üçün Azərbaycan onların azad edilməsi istiqamətində addım ata bilər. Azərbaycan və Ermənistan liderləri BRİCS sammitində kifayət qədər siyasi iradə nümayiş etdirdilər. Görüş yüksək səviyyədə, müsbət atmosferdə keçdi. Göründüyü kimi, vasitəçisiz, ikitərəfli danışıqlar müsbət nəticə verir. Bu, Prezident İlham Əliyevin ilk əvvəldən şərti idi”.

 

Günay

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man