ABŞ-dəki seçkilərlə bağlı SON VƏZİYYƏT: “Kişilər Harrisi dəstəkləmir, Tramp isə..”

Siyasət 26 Oktyabr 2024 | 12:10
OXUNUB: 4140

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, namizədlər arasında rəqabət də artır.

 

Sfera.az bildirir ki, “Real Clear Politics”in keçirdiyi sorğu respublikaçı namizəd Donald Trampın bütün kritik ştatlarda Kamala Harrisi qabaqladığını göstərib. Oktyabr ayında keçirilən son sorğulara görə, Tramp Pensilvaniyada 0,6, Corciyada 2,2, Arizonada 1,5, Nevadada 0,7, Miçiqanda 0,2, Şimali Karolinada 0,8 xal fərqlə Harrisi qabaqlamaqda davam edir.

 

Bundan əlavə, ölkə üzrə ümumi səsvermə vəziyyətini əks etdirən və Reuters, CBS News, Pew, Harvard və NBC News kimi məşhur anketləri əhatə edən 11 cari sorğunun orta hesabla nəticələrinə görə, Harris səslərin 48,8 faizinə, Tramp isə 48,5 faizinə sahibdir. Digər tərəfdən, səs faizlərinin bir-birinə yaxın olduğu son günlərdə demokratlar qərarsız seçicilərə təsir etmək üçün partiyanın aparıcı simalarını, tanınmış adları mitinqlərə çıxarırlar.

 

Ötən gün kritik ştatlardan biri olan Corciyada mitinq keçirən Kamala Harrisi keçmiş prezident Barak Obama, rok musiqiçisi Bruce Springsteen və şoumen Tayler Perri müşayiət edib.

 

Həmçinin son günlər Kamala Harrisin, xüsusilə qaradərili kişi seçicilərin dəstəyini qazanmaqla bağlı çətinlik çəkdiyi barədə xəbərlər yayılıb. Məhz bu səbəbdən bildirilir ki, Harrisin təşviqat komandası qaradərili vətəndaşları Obama və Beyons kimi məşhur adlarla seçki qutusuna cəlb etməyi hədəfləyir.

 

Günay

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man