İsrailin cavab zərbələri BAŞA ÇATDI: İran hansı addımları atacaq?

Siyasət 26 Oktyabr 2024 | 10:58
OXUNUB: 5684

İsrail İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.

 

“İranın İsrailə qarşı hücumlarına cavabımızı tamamlamışıq. Biz İrandakı hərbi obyektlərə məqsədyönlü və dəqiq zərbələr endirib, İsrail dövlətinə ani təhdidlərin qarşısını aldıq”, - İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib.

 

Digər tərəfdən, ilkin məlumatlara görə, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu xatırladıb ki, itkilər barədə səhih məlumat yoxdur:

 

“Bu o deməkdir ki, İsrail ABŞ-nin də məsləhətini nəzərə alaraq, İrana məhdud zərbə vurub. Tel-Əviv Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir. Məsələnin bununla yekunlaşması isə Tehrandan asılı olacaq”.

 

Ekspert qeyd edib ki, İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir:

 

“İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə, Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu, son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsrail qarşıdurması yenidən qaçılmaz olacaq”.

 

Günay

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man