XİN ABŞ-a cavab verdi

Siyasət 25 Oktyabr 2024 | 20:55
OXUNUB: 4324

ABŞ-nin daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.

 

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” platformasındakı paylaşımında qeyd edib.

 

O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

 

“Eyni zamanda, ABŞ-da olduğu kimi cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, - Ayxan Hacızadə qeyd edib.

 

Ayxan Hacızadə əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.

 

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi hazırda istintaq altında olan Qubad İbadoğlu ilə görüşüb və görüş barədə səfirlik "X" hesabında məlumat yayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man