Paşinyan və Lukaşenko BRİCS sammiti çərçivəsində görüşdü - Nə danışıblar?

Siyasət 25 Oktyabr 2024 | 14:52
OXUNUB: 3340

Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenkonun BRİCS sammiti çərçivəsində görüşü və müzakirələri gündəm olub.

 

Sfera.az bildrir ki, bununla bağlı “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan parlamentdə keçirdiyi brifinqdə danışıb. O, liderlərin nə haqqında danışdığının bilinmədiyini qeyd edib.

 

“Bildiyiniz kimi, BRİCS sammitində Belarus prezidenti də iştirak edirdi. Biz dünən Paşinyanla Lukaşenkonun nə danışdıqlarını bilmirik, lakin Belarusla münasibətlərdə heç nə dəyişməyib”, - o vurğulayıb. 

 

Qeyd edək ki, Paşinyan Belarusla münasibətlərin pisləşməsindən və Ermənistan rəsmilərinin Minskə səfərinə qadağa qoyulduqdan sonra ilk dəfə olaraq Lukaşenko ilə BRİKS sammiti çərçivəsində danışıb. 

 

Xatırladaq ki, İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. Hətta iyun ayında iki ölkənin xarici işlər nazirlikləri arasında nota mübadiləsi də olub. Lukaşenkonun növbəti bəyanatından sonra avqustda Belarusun İrəvandakı səfirliyinin binasına pomidor və kartof atıblar. 

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man