Rusiya, yoxsa Avropa? - Gürcülərin seçəcəkləri yol onlara nələr vəd edəcək?

Siyasət 25 Oktyabr 2024 | 12:53
OXUNUB: 8133

Sabah, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, bu seçki həm də Gürcüstanın gələcək inkişaf vektorunu müəyyənləşdirəcək referendum mahiyyəti daşıyır: 

 

“Fikrimcə, avrointeqrasiya prosesinin davam etməsi və Gürcüstanın Avropa İttifaqına üzv olması soydaşlarımızın uzunmüddətli maraqları baxımından daha uyğun variantdır, nəinki təkrar Rusiya orbitinə qayıtmaq. Aİ üzvlüyü yolunda uğurla irəliləyərsə, Gürcüstan insan hüquq və azadlıqlarını tam təmin edən Avropa tipli demokratik ölkəyə çevriləcək. Aİ üzvlüyü hər sahədə, o cümlədən milli azlıqların hüquqları ilə bağlı Avropa standartlarının tətbiqi deməkdir. Bu, onun təminatıdır ki, türk-müsəlmanlar Gürcüstanda rahat yaşamağa davam edəcəklər və öz gələcəklərini məhz bu ölkə ilə bağlayacaqlar, köçüb getmək haqqında düşünməyəcəklər. Dədə-baba torpaqlarının boşalmaması üçün bu, həyati dərəcədə vacib məsələdir”.

 

Ekspert qeyd etdi ki, Avropadan uzaqlaşıb Rusiyanın ağuşuna qayıtmaq isə siyasi və sosial-iqtisadi destabilizasiya riski yaradacaq:

 

“Rusiyaya yaxınlaşmaq Avropaya yaxınlaşmağın tam əksi olan nəticələr ortaya çıxaracaq. Gürcüstanın demokratik inkişafı dayanacaq, ölkədə hüquq və azadlıqlar, o cümlədən milli azlıqların haqları tədricən məhdudlaşdırılacaq. Hazırda “Gürcü Arzusu” Konstitusiyaya dəyişiklik edərək Gürcüstanı pravoslav xristian dövləti elan etməyə hazırlaşır. Məhz mövcud hökumətin dövründə radikal gürcü şovinist-millətçiliyi təkrar baş qaldırıb, “Gürcü Marşı”, “Alt info” kimi antitürk, antimüsəlman təşkilatlarının fəaliyyətinə geniş şərait yaradılıb. Aydındır ki, “Gürcü Arzusu” hakimiyyətdə qalmağa davam edərsə, bu təhlükəli tendensiyalar daha da güclənəcək”.

 

Ş.Cəfərli bildirdi ki, siyasi müstəvidə Qərblə əlaqələrin zədələnməsi qaçılmaz olaraq iqtisadi əlaqələrə də mənfi təsir edəcək:

 

“İlk növbədə vizasız rejim ləğv olunacaq, Avropa ölkələri və ABŞ-dəki yüz minlərlə gürcüstanlı əmək miqrantı geri göndəriləcək. Bu isə Gürcüstan daxilində sosial stabilliyi pozacaq. Qərblə iqtisadi əlaqələrin məhdudlaşması Gürcüstanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edəcək. Məsələn, ölkənin əsas ixrac gəlirlərini təşkil edən avtomobil idxalı və reeksportu azalacaq, bəlkə də tamamilə kəsiləcək. Hazırda Qərb tərəfindən Gürcüstana, o cümlədən şəxsən İvanişviliyə qarşı ciddi sanksiyaların tətbiqi gündəmdədir və xüsusən seçkidə saxtakarlıq olarsa, düyməyə basılacaq.Son nəticədə seçim Gürcüstan vətəndaşlarınındır. Saxtakarlıq olmayacağı halda, onların istənilən seçiminə hörmətlə yanaşmaq lazımdır”.

 

Günay 

 

 

 


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man