"Erməni revanşistlərdən daha çox onlar narahatdır..." - Qərəzli qətnamə ilə bağlı AÇIQLAMA

Siyasət 25 Oktyabr 2024 | 10:44
OXUNUB: 6626

Avropa Parlamentinin (AP) oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi müzakirə obyekti olub.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Sahib Alıyev deyib ki, sözügedən qətnamə revanşizm üçün saxta hüquqi bazanın formalaşdırılması yönündə növbəti səydir:

“Kazanda Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə sülh danışıqlarının aparıldığı gün belə bir qətnamənin qəbulu Yelisey sarayındakılarla, onlara yandaşlıq edənlərin bu regionda qarşıdurmanın qalmasında maraqlı olduqlarını göstərir. Həm də bu addım, qoca qitədəkilərin bir qisminin artıq rəzil olduqları qədər də sarsaqlıqlarından xəbər verir. Belə olmasa idi, onlar proseslərin gedişini davamlı şəkildə istehsal etdikləri bu cür kağız parçalarının deyil, regionda yaranmış reallığın diqtə etdiyini anlayardılar”.

 

Millət vəkili Vüqar Bayramov isə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından hətta Ermənistan revanşistlərindən daha çox, AP narahatdır. Onun sözlərinə görə, Avropa Parlamentinin son qərəzli qətnaməsi bunu bir daha təsdiq edir:

 

“Avropa Parlamentinin 30 il müddətində görməzliyə vurduğu Ermənistan işğalından azad olunan və həmin müddətdə barbarcasına tamamilə dağıdılaraq xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzuru intensiv şəkildə yenidənquran və bərpa edən Azərbaycan isə bütün belə qərəzli təhdidlərə rəğmən inkişaf edir və güclənir”.

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man