NATO-nun bu ölkələri də Ukraynanın üzvlüyünə qarşıdır - Alyans rəsmisi AÇIQLADI

Siyasət 24 Oktyabr 2024 | 14:50
OXUNUB: 5805

NATO-nun yeddi ölkəsi Ukraynanın üzvlüyünə qarşı çıxır.

 

Sfera.az xəbər verir ki, ABŞ və Almaniya da daxil olmaqla bəzi NATO ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə birbaşa münaqişəyə səbəb olacağı ilə bağlı narahatlığına görə Kiyevin bloka qəbulunu gecikdirirlər.

 

"Belçika, Sloveniya və ya İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar istəksizdirlər", - NATO-nun adı açıqlanmayan rəsmisi bildirib.

 

Macarıstan və Slovakiya da Ukraynanın üzvlüyünə qarşıdır.

 

Başqa bir mənbəyə görə, bloka daxil olan ölkələr Ukraynanın üzvlüyünü yalnız hipotetik şəkildə dəstəkləyirlər və əgər bu, faktiki baş versəydi, ona fəal şəkildə qarşı çıxacaqdılar. Məlumata görə, alyansın əsas üzvləri Rusiya ilə müharibədə tələyə düşməkdən narahat olduqları üçün Kiyevin dəvətini gecikdirirlər.

 

Digər diplomatın sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Aİ ölkələrinin əksəriyyəti yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək. Bu arada, Kiyev üçün potensial dəvət həm də Ukrayna daxilində korrupsiya ilə mübarizə üçün tələb olunan islahatlarla əlaqələndirilə bilər.

 

Qeyd edək ki, bundan əvvəl Zelenski Rusiya ilə münaqişənin nizamlanması planını açıqlayıb. Buraya Ukraynanın dərhal NATO-ya dəvət edilməsi tələbi də daxildir. Hazırda bloka 32 ölkə daxildir. 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb və Kiyev Ukraynanın NATO-ya daxil olması ideyasından əl çəkməlidir.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man