Tramp Harrisə qarşı "erməni kartı"ndan İSTİFADƏ ETDİ: "Artsax, zorla köçürülən ermənilər..." - FOTO

Siyasət 24 Oktyabr 2024 | 12:44
OXUNUB: 1895

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Kamala Harrisi tənqid edərkən Qarabağı "Artsax" kimi qələmə verib.

 

Sfera.az xəbər verir ki, Tramp bu barədə özünə məxsus olan "Truth Social" sosial şəbəkəsində yazıb.

 

O, hətta 120 min erməninin Qarabağdan zorla köçürüldüyünü iddia edib:

 

“120 min xristian erməni “Artsax”da dəhşətli şəkildə təqib ediləndə və zorla köçkün düşəndə Kamala Harris heç bir şey etməyib. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”.

 

Xatırladaq ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Donald Tramp ABŞ prezidenti olub.

 

Firuzə Əliyeva

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man