Ankarada törədilən terror aktının pərdəarxasında nələr var? - AÇIQLAMA

Siyasət 24 Oktyabr 2024 | 10:34
OXUNUB: 1859

Türkiyənin Müdafiə Sənayesi şirkəti TUSAŞ-ın Ankaranın Kahraman Kazan rayonundakı müəssisəsində baş verən terror aktı müzakirə obyektinə çevrilib. Qeyd edək ki, son məlumata görə, hücum nəticəsində 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Hadisədən sonra bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən etiraz bəyanatları səslənib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən terror hadisəsi təsadüfi deyil:

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatına son qoymaq üçün uğurlu şəkildə hərbi-siyasi işlər aparır. Bu təşkilata böyük zərbə vurulub. Həm İraqda, həm də Suriyada PKK-nı tam aradan götürmək üçün təşkilatın lideri Abdullah Öcalanla müzakirələr aparılır. Hətta CHP sədri Özgür Özel həbsxanada PKK terror təşkilatının Türkiyədəki siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Selahattin Demirtaşla görüşdü. MHP sədri Dövlət Baxçalı PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək burada PKK-nın buraxılmasını elan etməsini təklif etdi. Göründüyü kimi, Ərdoğan PKK terroruna tamamilə son verməyə, hətta Öcalanın həbsdən azad edilməsinə razıdır. Danışıqlar prosesi müsbət istiqamətdə davam edərsə, Öcalan PKK-ya çağırış edəcək. Hazırda terror təşkilatının lideri odur və dedikləri PKK üçün qanundur. 40 ildir, davam edən PKK terroruna son vermək Türkiyə prezidentinin əsas strategiyasıdır. Dünənki terror hadisəsi isə məhz danışıqları pozmağa hesablanıb. PKK daxilində də barışa qarşı gələnlər və silahı yerə qoymağa hazır olmayanlar var”.

 

Siyasi şərhçi Asif Nərimanlı isə bildirdi ki, Ankarada törədilən terror aktının iki məsələ ilə bağlantısı var:

 

“Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin “kürd açılımı” siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. Görünür, kənarda qalmaq riski ilə üzləşən qruplar bu terror aktı ilə Türkiyənin həmləsini effektsiz etməyə çalışır. Bu məsələdə PKK kartından istifadə edən ölkələr də maraqlıdır. İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİCS təşkilatına yaxınlaşmasıdır. Kazan sammitində Türkiyənin üzvlüyü də müzakirə ediləcək. Ərdoğanın BRİCS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man