Pezeşkianın İsraillə bağlı AÇIQLAMASI: İran müharibəyə hazırlaşır? - ŞƏRH

Siyasət 23 Oktyabr 2024 | 10:55
OXUNUB: 2937

İran Prezidenti Məsud Pezeşkian İsrailin ölkəsinə mümkün hücumu barədə danışıb. O qeyd edib ki, İran İsrailin mümkün istənilən hücumuna anında uyğun cavab verəcək. 

 

Maraqlıdır, Pezeşkianın bu açıqlaması nəyə hesablanıb?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdə “Şərqi Avropa ssenarisi” təkrarlanır. Onun sözlərinə görə, Rusiyanı Ukraynanın əli ilə müharibəyə çəkən Qərb, indi İsrail vasitəsilə İrana bunu tətbiq etmək niyyətindədir:

 

“İran hakimiyyəti baş verənlərin fərqindədir. Ona görə də təmkinli, soyuqqanlı davranır. Məsələ burasındadır ki, İranın müharibəyə qoşulması ciddi risklər vəd edir. Əgər İran, doğrudan da, müharibəyə hazır olsa idi,  çoxdan daha ciddi addımlar atmış olardı. İran rəsmilərinin, o cümlədən prezidentin müharibəyə hazır olmaqla bağlı açıqlamaları hər şeydən əvvəl daxili və beynəlxalq ictimai rəyi formalaşdırmağa hesablanıb. Rəsmi Tehran öz xalqını inandırmaq istəyir ki, dövlət bütün ssenarilərə hazırdır və təhlükəsizlik üçün hansısa təhdid yoxdur”.

 

Şərhçi qeyd etdi ki, İran həm də İsrail və ona dəstək olan qüvvələri eskalasiyanın genişlənməsindən çəkindirmək istəyir:

 

“Hərçənd nə İsrail, nə də onun arxasındakı güclər dayanana oxşayır. Artan təhdidlər fonunda İran həm şərq müttəfiqləri, xüsusilə Rusiya, həm də müsəlman dövlətləri ilə əməkdaşlığı gücləndirməyə və perspektivdə onların da imkanlarından yararlanmağa çalışacaq. İranı çətin günlər gözləyir”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man