Makronun İsrail şirkətlərinə qoyduğu qadağa iki ölkə münasibətlərinə necə təsir edəcək? - AÇIQLAMA

Siyasət 22 Oktyabr 2024 | 12:34
OXUNUB: 1758

Fransa hökuməti İsrail müdafiə şirkətlərinin noyabrın 4-dən 7-dək Villepintedə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan “Avronaval”da iştirakını qadağan edib. Bu qərar Fransa hökumətinin İsrailin Qəzza və Livandakı müharibələrdə iştirakı ilə bağlı atdığı addımlardan biridir. İsrail xarici işlər naziri İsrael Katz isə Fransa Prezidenti Emmanuel Makrona qarşı məhkəmə iddiası qaldırılmasına göstəriş verildiyini bildirib. 

 

Maraqlıdır, Emmanuel Makronun bu addımı İsrail-Fransa münasibətlərinə necə təsir edəcək? 

 

Bununla bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Yaxın Şərqdəki vəziyyətin hətta yaxşı münasibətləri olan dövlətləri belə üz-üzə qoyduğunu deyib:

 

“Nəzərə almaq lazımdır ki, Livan bir növ Fransanın təsiri altında olan ölkədir. Rəsmi Parisin Yaxın Şərqdə nüfuzu var. Fikrimcə, Makronun verdiyi son qərar əlbəttə, Fransa-İsrail münasibətlərinə ciddi təsir edəcək. Digər tərəfdən, işin arxasında İranın da dayandığını düşünürəm. Hər halda, Fransa və İsrail uzun müddətdir, müttəfiqlik münasibətlərini gücləndirməyə çalışırlar. Yəni burada bu amil də var. Amma hər vəziyyətdə İsrail və Fransa arasında ciddi qırılmanın olacağı qaçılmazdır”.

 

Samir Hümbətov qeyd etdi ki, İsrail Fransanı bir formada beynəlxalq müstəvidə daha çox təcrid etməyə çalışa bilər:

 

“Bu ya Fransanın təsiri imkanları olduğu koloniyalarda, ya da dövlətlərdə, ərazilərdə, yaxud Fransanın BMT və ya digər regional, qlobal təşkilatlarda formalaşdırdığı müəyyən nüfuzu tamamilə sıradan çıxarmağa hesablanan addımlar ata bilər. Kifayət qədər gərgin bir dövr başlayır - həm İsrail, həm də Fransa üçün…Fikrimcə, gərgin vəziyyət uzun müddət davam edəcək. Bəlkə də, Emmanuel Makron İsrailin məhkəmə iddiasından sonra geri addım atar. Hər vəziyyətdə İsrail onsuz da silahlarını satır və bunu daha geniş bazarlara çıxara bilmək imkanı var. Yəni Fransanın məsələyə bu cür reaksiya verməsi ilə İsrailin silah satışının azalacağını düşünmək sadəlövhlük olardı”.

 

Günay Rəsulqızı 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man