Fətullah Gülən öldü, FETÖ fəaliyyətini davam etdirəcək? - AÇIQLAMA

Siyasət 21 Oktyabr 2024 | 15:30
OXUNUB: 5623

Xəbər verdiyimiz kimi, FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb. O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib. 83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib.

 

Maraqlıdır, bundan sonra FETÖ fəaliyyətini davam etdirəcəkmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki,  Fətullah Gülənin ölümü FETÖ-nün yoxa çıxması, yaxud tamamilə zəifləməsi demək deyil:

“Bu qədər geniş şəbəkələşmiş, müxtəlif ölkələrin siyasi idarəçiliyinə qədər sızmış, milyardlarla dollar dövriyyəsi olan bir təşkilat geosiyasi proseslərdə rıçaq olaraq istifadə edilir. FETÖ-nün qısa müddətdə bu qədər genişlənməsi və güclənməsi, Gülənin “dini lider” kimi məşhurlaşmasının ABŞ-nin birbaşa dəstəyi ilə mümkün olduğu istisna deyil. Məqsəd Türkiyədə təsir rıçaqlarının genişləndirilməsi idi.  

 

Ekspert qeyd etdi ki, Gülən Türkiyənin Xomeynisi ola bilərdi:

 

“15 iyul çevriliş cəhdinin baş tutmaması bu planda ciddi itkilərlə nəticələndi. Lakin bu, nə FETÖ-nün yox olduğu, nə də onu yaradanların bundan imtina etdiyi deməkdir. Fəaliyyət mexanizmlərinə korrektlər edən qruplaşma hələ də fəaliyyət göstərir. Son illər fəaliyyət göstərdikləri ölkələrin siyasi müxalifətinə daha çox diqqət ayırdığı haqqında məlumatlar var. Çünki çevriliş cəhdindən sonra təkcə Türkiyədə yox, digər ölkələrdə də FETÖ-nün dövlət sektorundan təmizlənməsi prosesi aparıldı. Görünür, şəbəkə hakimiyyətin ələ keçirilməsi işində müxalifətdən də tramplin kimi istifadə etməyin nə qədər effektiv olduğunu yoxlamaq qərarına gəlib”.

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man