Moldovanı da Ukraynanın taleyi gözləyir? - Seçkilərlə bağlı AÇIQLAMA

Siyasət 21 Oktyabr 2024 | 13:44
OXUNUB: 2853

Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzv olmağa dair Konstitusiya referendumu ilə bağlı səsvermə başa çatıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, həm seçkilər, həm də referendumun nəticələri moldovalıların hazırda iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını göstərdi:

 

“Bu referendum həm də muxtar respublikalarda maraqlı nəticələri ilə yadda qalıb. Qaqauziyada əhalinin 90 %-dən çoxu Aİ-yə “yox” deyərkən, Dnestryanı ərazidə iştirakçıların cəmi  60%-dən çoxu Qərbə “yox” deyib. Dnestryanı ərazi adəti üzrə Rusiyaya yaxınlığı ilə seçilir və bu nəticələr bir qədər təəccüblüdür.  Digər maraqlı məqam isə paytaxt Kişinyovla bağlıdır. Burada əhalinin daha çox hissəsi Sanduya, əksəriyyəti isə referendumda Aİ-yə üzvlüyə səs verib. Əgər gecə saatlarında artıq bir çoxları referendumun nəticələri üzrə "lehinə" və "əleyhinə" arasında fərqin 10-15 % olacağını düşünürdüsə, erkən səhər saatlarında paytaxtdakı nəticələrin hesablanmasından sonra "hə" və "yox" deyənlər arasında fərq demək olar ki, bərabərləşdi”.

 

Ekspert qeyd etdi ki, 18-25 yaşlı gənclər Moldovadakı seçkilərdə digər illərə nisbətən aktiv idi:

 

“Əvvəllər onların iştirakı haradasa maksimum 40-45% civarında idisə, bu seçkilərdə 60% iştirak var.  Bu nəhəng sıçrayış yeni nəslin ölkənin gələcəyinə marağının artmasından xəbər verir. 56-75 yaşarası yaşlılar qeyri-adi fəallıq nümayiş etdirdilər. Bu yaş qrupunun 80%-dən çoxu səsvermədə iştirak etdi. Bu hal ölkə üçün çox vacib siyasi qərarların alınacağı seçki və referendumda onların öz mövqelərini nümayiş etdirməsini göstərdi. Çox güman ki, bu yaş kateqoriyasında olan insanların bu dəfə daha kütləvi halda iştirak etməsi həm seçkinin, həm də referendumun nəticələrinə təsir edən amillərdən biridir”.

 

Z.Məmmədov bildirdi ki, sözügedən seçkilərdə nəticələr Gürcüstanda, Ukraynada, Ermənistanda olduğu kimi Moldovada da cəmiyyətin iki hissəyə parçalandığını bir daha nümayiş etdirdi: “Böyük ehtimalla, Moldovanın gələcəyi Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq. Ya parçalanan Moldovanı görəcəyik, ya da digər Moldovanı”.

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man