Tramp kartof qızartdı: "Kamala heç vaxt bunu etməyib" - VİDEO

Siyasət 21 Oktyabr 2024 | 11:58
OXUNUB: 3061

Donald Tramp Pensilvaniya ştatında seçki fəaliyyəti çərçivəsində “fast food” restoranları şəbəkəsinə daxil olub.

 

Sfera.az bildirir ki, o, “Hər kəsə salam, bu gün bu restoranda ilk günümdür, iş axtarıram" deyərək  ərtafındakı insanları salamlayıb.

 

Restoranda işçilərlə görüşdükdən sonra Tramp pencəyini çıxararaq önlük taxıb və kartof qızartma aparatından istifadə etməyə başlayıb. O, kartofları qızartmaqla yanaşı, başqa əməliyyatlar da icra edib və bir neçə ailəyə menyular təqdim edib. Tramp həm də maşınla gələn müştərilərlə söhbətləşib. Bu isə respublikaçı tərəfdarların ona böyük maraq göstərməsinə səbəb olub.  

 

ABŞ-nin keçmiş prezidenti gəncliyində “fast food” restoranları şəbəkəsində işlədiyini deyən demokrat rəqibi Kamala Harrisə inanmadığını da bildirib. O, zarafatla “mən hazırda Kamaladan 15 dəqiqə çox işlədim” deyib.

 

Tramp fikirlərini bu cür davam etdirib: “Həyatım boyu bunu etmək istəmişəm, Kamala isə bunu etməyib”. 

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man