Putin COP29 tədbirində niyə iştirak etməyəcək? - AÇIQLAMA

Siyasət 19 Oktyabr 2024 | 17:40
OXUNUB: 6099

Rusiya Prezidenti Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Bu barədə məlumatı Azərbaycan hökumətindəki mənbələrə istinadən “BBC Azərbaycanca” yayıb. Bildirilib ki, Rusiyadan sözügedən tədbirə Baş nazir Mixail Mişustin qatılacaq.

 

Bəs Putinin Azərbaycana səfər etməməsinin əsas səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Putin COP29 tədbirində iştirak etməməklə doğru qərar verib.Onun sözlərinə görə, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib:

 

“Putin Bakıdakı tədbirə qatılsa, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi. Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibəyə görə, Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə Baş nazirini göndərəcək”. 

 

“Putin avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir”, - E.Şahinoğlu əlavə edib.

 

Qeyd edək ki, COP29 tədbirində 100-dən çox lider iştirak edəcək. Oktyabrın ortalarına olan məlumata görə, tədbirdə 61 prezident, 38 Baş nazir və 2 vəliəhd iştirak edəcək.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man