İran XİN rəhbərinin səfəri Yaxın Şərqdəki vəziyyəti necə dəyişəcək? - ŞƏRH

Siyasət 17 Oktyabr 2024 | 12:06
OXUNUB: 2298

İranın xarici işlər naziri Abbas Arakçı Yaxın Şərqin bir sıra ölkələrinə səfər etmək niyyətindədir.

 

“Arakçı soyqırımı, qəddarlıq və təcavüzə son qoymaq üçün diplomatik səylər çərçivəsində İordaniya, Misir və Türkiyəyə səfər edəcək”, - İran XİN-in sözçüsü İsmail Baqai bildirib.

 

Gözlənilən səfərdə hansısa razılaşmalar əldə edilə bilərmi? Bu səfər Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, səfərin məzmunu təxribatçı xarakter daşıyır:

 

“Həqiqətən də soyqırımı, qəddarlıq və təcavüzlə bağlı bir səfərdirsə, müəyyən suallar yaranır. Bu soyqırımı kimə qarşıdır? Sırf İsrail-HƏMAS arasında olan məsələdirsə, bunu daha dəqiq şəkildə ifadə etməlidirlər. İranın özü bu gün İsrail-HƏMAS- Hizbullah arasında baş verən proseslərdə mərkəz nöqtə sayılır. HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyə məhz İranda öldürüldü. Eyni zamanda, "Hizbullah"ın başçısı Həsən Nəsrullahın İranın verdiyi koordinantlar əsasında vurulduğu deyilir. Belə olan halda, Tehran sülh axtarışında olmaq, soyqırımına son qoymaq istəyirsə, bu cür addım atması anlaşılmazdır”.

 

Samir Hümbətov qeyd etdi ki, səfər həm də İranın özünü sığortalamasına hesablana bilər:

 

“Yəni “İran burada iştirakçı, təsiredici qüvvə olmayıb, həm Şeyx Nəsrullahın, həm də İsmayıl Haniyənin ölümündə Tehranın əli yoxdur”, kimi sığortalanma... Amma bilirik ki, İranda bu ölümlərlə bağlı gizli şəkildə cinayət işi açılıb və araşdırılır. Yaxın Şərqdə vəziyyət yenə də qarışıq olaraq qalır. İnanmıram ki, Abbas Arakçının səfəri nəyisə ciddi şəkildə dəyişsin. Çünki vəziyyəti dəyişmək üçün dövlətin rəsmi mövqeyi dəyişməlidir. İranın mövqeyinin dəyişəcəyi isə gözlənilmir. Bu rejimin yaşam fəlsəfəsi məhz Yaxın Şərqdə dövlətlər daxilində özünəsadiq qrupların silahlandırılması, maliyyələşdirilməsi və.s. təşkil edir. Belə olan halda, İran bundan əl çəkə bilərmi? Xeyr! Ona görə də Abbas Arakçının niyyətini sadəcə beynəlxalq ictimaiyyətdə görüntü yaratmaq xatirinə həyata keçiriləcək səfər kimi də dəyərləndirmək olar”.

 

Günay Rəsulqızı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man