İlham Əliyev NATO nümayəndəsini qəbul etdi

Siyasət 28 Aprel 2022 | 19:24
OXUNUB: 1271
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
 
Sfera.az xəbər verir ki, Xavyer Kolomina NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yens Stoltenberqə çatdırmağı xahiş etdi.
 
Görüşdə dövlətimizin başçısının ötən ilin sonunda NATO-nun mənzil-qərargahına səfəri və səfər çərçivəsində Baş katiblə görüşü, həmçinin Şimali Atlantika
Şurasının iclasında çıxışı xatırlandı. Eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı qeyd edildi.
 
Söhbət zamanı postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik ilə bağlı məsələlər və Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man