Lukaşenko Qərblə Putinin razılığı olmadan DANIŞIQLAR APARIR - Arestoviç

Siyasət 24 Aprel 2022 | 20:25
OXUNUB: 2214
Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb ölkələri ilə ayrıca danışıqlar aparır.

Sfera.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç  Meduza-ya müsahibəsində bildirib.

"Belarusu çox fəal şəkildə müharibəyə cəlb etməyə çalışırdılar. Lukaşenko bacardığı qədər fırlanır və bizdə olan məlumata görə, o, Qərblə aktiv şəkildə ayrı-ayrılıqda danışıqlar aparır. Bu barədə bizə həm Belarus müxalifəti, həm də Qərb kəşfiyyatı məlumat verir. Ancaq Belarus ərazisi və Belarusun hərbi infrastrukturu – aerodromlar, təchizat bazaları, dəmir yolu şəbəkəsi tamamilə bizə qarşı istifadə edildi.

Bu, elə əsl hərbi təcavüzdür. Amma biz bu məsələni konkret olaraq qaldırmadıq, çünki biz Belarusun özünü başa düşürük və belarus xalqı ilə Belarus hakimiyyətini çox aydın şəkildə ayırırıq. Və biz Belarus xalqının buna qarşı olduğunu gördük. İndi Belarus ərazisindən çox az istifadə olunur, praktiki olaraq istifadə edilmir. Aviasiya uzun müddətdir ki, fəaliyyətsizdir, raketlər praktiki olaraq atəş açmır. Bir neçə epizod buraxılış oldu. Belarus partizanları dəmir yolu şəbəkəsini dağıda bildilər.

Mən onları buna çağırdım və Belarusda mənə qarşı terrora görə cinayət işi qaldırıldı. Amma gördüyünüz kimi boş yerə olmayıb. Onlar həqiqətən də dəmir yolunu korladılar və rus qoşunlarının işini çox çətinləşdirdilər. Lukaşenko isə yenə vurnuxmaqda davam edir. Artıq Belarus ərazisi ilə bağlı narahat deyilik”, – deyə Arestoviç bildirib.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man