Rusiya Belqorodda Xarkov istiqamətində əlavə qüvvələr toplayır.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Məlumatlara əsasən, "İskəndər-M” operativ taktiti raket komplekslərinin buraxılış qurğuları Ukraynanın dövlət sərhədindən 60 km aralıda yerləşdirilib. Bundan başqa düşmən Xarkov şəhərinin qismən blokadasını davam etdirir, qoşunlarımızın bölmələrini və mühüm infrastruktur obyektlərini atəşə tutur”, – məlumatda qeyd olunub.