Könül Nurullayeva: “Zəfər Qurultayında həm də gənc nəsil üçün fəaliyyət istiqamətləri müəyyənləşdi”

Siyasət 23 Aprel 2022 | 14:42
OXUNUB: 1155
"Dünya Azərbaycanlılarının Zəfər Qurultayında həm də gənc nəsil üçün fəaliyyət istiqamətləri müəyyənləşdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Bunun üçün gənclərimizin öz dilini bilməsi,  dilimizi qoruyub saxlaması olduqca vacibdir".
 
Sfera.az xəbər verir ki, bunu millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə yanaşı, milli, tarixi köklərə bağlılıq əsas vəzifə olaraq qalır.
 
"Dövlət hətta xaricdə yaşayan soydaşlarımızın ana dilini unutmaması üçün Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də dəstək göstərməyə hazırdır. Çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, Ana dili əsas amildir və bu, bütün Azərbaycan vətəndaşlarını birləşdirir".

Millət vəkilinin sözlərinə görə, xaricdə yaşayan gənc azərbaycanlıları həm də İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, bu həqiqətlərin çatdırırlmasında gənclər də xüsusi fəallıq nümayiş etdirməlidirlər.
 
"44 günlük müharibə zamanı dünya həm də Azərbaycan gənclərinin nə qədər vətənpərvər, elinə-obasına bağlı olduğunu gördü.  Prezident İlham Əliyevin də söylədiyi kimi, "biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı.” Xaricdəki gənclərimiz Azərbaycan gəncinin qəhrəman obrazını qorumaq üçün əlindən gələni etməlidir. Nəzərə alsaq ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir, onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir.

Müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. 2001-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqı öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları tərəfindən gerçəyə çevrildi. Bu mənada Azərbaycan gəncləri postmünaqişə dövründə də əsas təbliğatçı qüvvə kimi fəallıq göstərməlidir".
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man