ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı

Siyasət 14 Aprel 2022 | 21:58
OXUNUB: 1517
"Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rolunu oynamağa hesablanıb”.
 
Sfera.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Mariya Zaxarova bildirib ki, qeyd etdiyi mövzu bu il aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqlarında, eləcə də bir gün əvvəl Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramovla telefon danışığı zamanı müzakirə edilib.
 
"Rusiya İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır”, - deyə M.Zaxarova əlavə edib.
 
M.Zaxarova həmçinin əlavə edib ki, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir
 
"Yadınıza salım ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb. Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün də regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar atmaq tələb olunur”, - deyə M.Zaxarova söyləyib.
 
M.Zaxarova əlavə edib ki, Rusiya tərəfdən İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
 
"Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - M.Zaxarova fikrini tamamlayıb.  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man