İlham Əliyev Albaniyaya dəvət olundu

Siyasət 14 Aprel 2022 | 21:22
OXUNUB: 1639
"Uzun illərdən sonra vəziyyətin dözülməz həddə çatması nəticəsində ölkənizin ərazisinin bir hissəsini uğurla geri qaytardığınız dövrdə burada olmağımdan çox məmnunam”.
 
Sfera.az xəbər verir ki, bunu bu gün ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.
 
O bildirib ki, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək:
 
"Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.
 
Eyni zamanda, xoşbəxtlikdən Türkiyə kimi dövlətin simasında güclü körpüyə malikik. Qəti şəkildə inanıram ki, Sizin də qeyd etdiyiniz kimi, biz daha çox işlər görə bilərik.
 
Əlbəttə, əməkdaşlığımızın artırılması potensialına malik sahələr var və mən bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə perspektivləri müzakirə etmək arzusundayam. Bundan əlavə, heyətlərimiz müzakirələr aparır və görək, istər enerji, istərsə də turizm sahəsində hansı nəticələr əldə olunacaq.
 
COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz.
 
Cənab Prezident, gözəl paytaxtınıza ilk qədəmlərimizdən bizə göstərilən bu yüksək qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm”.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man