"Ermənistan Ukraynada gedən işğalçı müharibənin tərəfinə çevrilir. Bu, başda ABŞ olmaqla, Avropa ölkələrinin də diqqətində olmalıdır”.
Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Turan Rzayev bildirib.
T.Rzayev qeyd edib ki, Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verməsi işğal prosesinə aşkar dəstəkdir. O rəsmi İrəvanın döyüş tayyərələrinin verilməsini inkar etməyə çalışmasını isə uğursuz cəhd adlandırıb:
"Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərin dezinformasiya olduğunu iddia edərək, təyyarələrin ölkə ərazisini tərk etmədiyini deyib. Amma yayılan peyk görüntüləri əksini deyir. Martın 18-də çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 Su-30 tipli döyüş təyyarəsinin olduğu aydın şəkildə görünür. Martın 25-də çəkilən növbəti görüntüdə isə Rusiyaya göndərilən Su-30 təyyarələri olduğu yerdə MiQ-29 qırıcıları görünüb. Yəni, xəbərlər heç də Paşinyanın dediyi kimi dezinformasiya deyil”.
T.Rzayev hesab edir ki, Ermənistanın bu addımı ABŞ və Avropa ölkələrinin diqqətində olmalıdır:
"Ermənistanın bu addımı onu da sanksiyaların hədəfinə çevirməli, Ermənistanın Qərbdəki fəaliyyətlərinin qarşısı alınmalıdır. Çünki rəsmi İrəvan faktiki olaraq müharibənin tərəfidir və Rusiya kimi Ermənistan da cəzalandırılmalıdır”.
Onun fikrincə, baş verənlər Azərbaycanın mövqeyini gücləndirir:
"Məlumatlardan belə məlum olur ki, təyyarələr Rusiyaya Azərbaycan hava məkanından istifadə edilərək çatdırılıb. Təyyarələrin Azərbaycan üzərindən verməsi rəsmi Bakının ən azından məsələnin mahiyyətindən məlumatlı olmasına, gələcəkdə bu istiqamətdə adekvat addımların atılmasına şərait yarada bilər”.