"İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə dair müəyyən müddətdir hazırlıq işləri aparılırdı”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, İtaliya tərəfindən 5 aparıcı universitetdən ibarət olan qrup bu prosesdə sıx iştirak edirdi:
"Bu gün yeni İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək”, - deyə C.Bayramov qeyd edib.