Azərbaycan bu ölkələrlə dördtərəfli bəyannamə imzaladı

Siyasət 31 Mart 2022 | 18:34
OXUNUB: 1764
Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan "Trans-Xəzər Şərq-Qərb dəhlizi" barədə dördtərəfli bəyannamə imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, sənəd Şərq-Qərb dəhlizinin vacibliyini vurğulayır və dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiya potensialını möhkəmləndirir.

Bəyannamədə, həmçinin, Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində Bakı-Tbilisi-Qars dəmir yolunun vacib rolu qeyd olunur və həmin dəmir yolunun buraxılış gücünü artırılması üçün tikinti işlərinin başa çatmasının vacibliyi vurğulanır.

Sənəddə həm də bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə infrastruktura investisiyaların vacibliyi qeyd olunur.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man