ATƏT sədri Azərbaycana səfər edəcək

Siyasət 28 Mart 2022 | 22:15
OXUNUB: 2360
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Qurumdan Sfera.az-a verilən məlumata görə, Z. Rau Gürcüstanda prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Ermənistanda Rau prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcək.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man