"Antalya Diplomatiya Forumunu yüksək peşəkarlıqla təşkil etdiyi üçün qardaş Türkiyəni təbrik edirik. Artıq bu Forum dünya miqyaslı platformalardan birinə çevrilib”.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
Ermənistanla Azərbaycan arasında normallaşma proseslərinə, regional məsələlərə dair sualları cavablandıran Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan qarşı tərəflə müzakirələrə hər zaman açıqdır. Ermənistan tərəfi ilə görüşlər, müzakirələr görünüş üçün, formal xarakterli deyil, konkret məsələlər üzərində nəticəli şəkildə aparılmalıdır.