Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
Sfera.az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.
Tərəflər arasında Ukraynadakı vəziyyət müzakirə olunur.
Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.