Ceyhun Bayramov: “100-dən çox Azərbaycan vətəndaşı Ukraynanı tərk edib”

Siyasət 25 Fevral 2022 | 13:51
OXUNUB: 970
"Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

Məlumata görə, dünən 55 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddindəki 2 nəzarət-buraxılış məntəqəsi vasitəsilə Ukraynanı tərk edib. İndiyədək ümumilikdə, 100-dən çox vətəndaşımız Ukraynanı tərk edib. Bu prosesin davam edəcəyi gözlənilir. 

"Ukraynadakı səfirlik və konsulluqla daimi əlaqə saxlayırıq. Azərbaycan vətəndaşları qaynar xətt haqqında məlumatlandırılıblar”, - C.Bayramov deyib. 

XİN rəhbərinin sözlərinə görə, bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur. 

C.Bayramov əlavə edib ki, hazırda Ukraynadan Moldovaya keçmiş vətəndaşların Vətənə necə qayıdacağı araşdırılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man