Ceyhun Bayramov: “Ermənistan öhdəliklərini hələ də yerinə yetirmir”

Siyasət 25 Fevral 2022 | 12:37
OXUNUB: 797
"Üçtərəfli bəyannamə region üçün yeni imkanlar yaradıb, lakin Ermənistan öhdəliklərini yerinə yetirməməkdə davam edir".

Sfera.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda bildirib.

"44 günlük müharibə böyük zəfərlə başa çatdı. Üçtərəfli bəyannamə region üçün yeni imkanlar yaratdı, yeni postmünaqişə dövrünə qədəm qoyduq. Bütün ağrı-acılara baxmayaraq, Azərbaycan tərəfi Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu ifadə edib. Lakin təəssüf ki, Ermənistan öz öhdəliklərini hələ də yerinə yetirmir”,- XİN rəhbəri deyib.

Onun sözlərinə görə, hazırda ən əsas məsələ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, orada yaşayacaq insanların təhlükəsizliyinin təmin edilməsidir və bu baxımdan əsa sproblem bu ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır.

XİN rəhbəri Azərbaycanın 2020-ci ilin noyabr ayından sonra itkilər verdiyi, insanların mina partlaması səbəbindən həlak olduğu bir zamanda, Ermənistanın mina sahələrinin xəritələeinin verilməsi ətrafında oyunlar oynamağa davam etdiyini vurğulayıb: "Bundan başqa, Birinci Qarabağ müharibəsi zamanı da 3000-dən çox insan itkin düşüb. Görülən bütün tədbirlərə baxmayaraq, Ermənistan hələ də onlar haqqında heç bir məlumat təqdim etməyib".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man