Dünəndən etibarən paytaxt ərazisində əsən güclü külək və yağış sürücülərin hərəkətini çətinləşdirib. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış video izləyənlərin marağına səbəb olub. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünə məxsus 99 YP 687 nömrə nişanlı patrul avtomobili moto sürücüsünün yanı ilə hərəkət edir. Bununla da onu küləyin gücündən qoruyur.
Qeyd edək ki, güclü külək zamanı moto sürücüləri qəzadan qorumağın ən effektiv üsullarından biri məhz analoji addımdır.
Videonu təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man