MM sədri Latviyaya səfər etdi

Siyasət 01 Fevral 2022 | 22:26
OXUNUB: 1235
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə fevralın 1-də parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfəri başlayıb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.


Fevralın 1-də Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Riqa Beynəlxalq Hava Limanında ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın ölkəmizdəki səfiri Dainis Qarançs və digər rəsmi şəxslər qarşılayıblar.


Səfər çərçivəsində Milli Məclisin sədrinin Latviya Prezidenti, Seymin sədri, bu ölkənin Baş naziri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man