Diplomatlar Kiyevi tərk edir - Müharibə başlayır?

Siyasət 24 Yanvar 2022 | 16:11
OXUNUB: 1088
Böyük Britaniya Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini ölkədəki vəziyyətin gərginləşməsi səbəbindən geri çağırmağa başlayıb. Bundan öncə ABŞ Kiyevi könüllü tərk etmək istəyən diplomatlarına sərbəst seçim icazəsi vermişdi.
 
Maraqlıdır, indiki halda başda ABŞ olmaqla, Qərb ölkələrinin diplomat ailələri Ukraynanı niyə tərk edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ABŞ və Qərb ölkələri diplomatlarının ailələri ilə birlikdə Ukraynanı tərk etmək təlimatı vətəndaşları olduqları ölkələrinin rəsmi qurumlarından gəlib.

"Bu yalnız Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının yüksək olmasıyla əlaqəli deyil. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə Rusiyaya bağlı "yatmış hücrələr” var ki, Moskvadan əmr alan kimi istənilən təxribatı həyata keçirə bilərlər, bu sırada terror aktları da istisna deyil. Ukrayna Donbas uğrunda müharibə apardığı illərdə Kiyev və Xarkovda terror partlayışları olmuş, bu zaman Ukraynanın dövlət qurumlarının əməkdaşları hədəf alınmışdı. Görünür, Qərb ölkələrinin kəşfiyyat xidmətləri Ukrayna şəhərlərindəki "yatmış hücrələrin” yenidən fəaliyyətə keçəcəklərindən ehtiyatlanırlar”.
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man