Minsk qrupunun formatı dəyişdirilə bilərmi? - Açıqlama

Siyasət 10 Yanvar 2022 | 11:39
OXUNUB: 604
30 ilə yaxın müddətdə Qarabağ probleminin həlli ilə bağlı konkret addımlar atmayan və yekun nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflər var.

Belə ki, Minsk formatının köklü şəkildə dəyişilməsi və bununla həll olunmayan problemli məsələlərdə yekuna varmağın mümkün olduğu bildirilir.

Maraqlıdır, Minsk qrupu üzvləri dəyişdirilə, yaxud başqa ölkələr də bu formata daxil edilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Minsk qrupunun tərkibinin dəyişməsinin real olmadığını və sözügedən formatın bundan sonra hansısa əhəmiyyətə malik olmayacağını bildirib:

"Münaqişələrin həlli üçün yaradılan formatların indiyədək işlək mexanizmə malik olduğu, yaxud da hansısa münaqişəsni sülh çərçivəsində həll etdiyi görülməyib. ATƏT və onun formalaşdırdığı Minsk qrupu da istisna deyil. Ona görə də konkret olaraq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyət göstərən Minsk qrupu formatı əgər 28 il müddətində heç nəyə nail olmayıbsa, bu, formatın işlək mexanizmdə olmaması təəssüratı yaradır. Bu baxımdan sözügedən formatın bundan sonra hansısa problemi həll edə bilməsi ağılabatan deyil. Regionda müxtəlif geosiyasi mərkəzlərin maraqları var. Bu cür dünya güclərinin bir arada olub maraqlarını uzlaşdırmaq isə çox çətin məsələdir. Bu problemlərin həllinin uzanmasının səbəblərindən biri də məhz budur. Avropa birliyini təmsil edən Fransanın, ABŞ-nin və Rusiyanın geosiyasi maraqlarını bu günədək təmin etmək mümükün olmayıbsa, bundan sonra da mümkün olmayacaq. Bundan başqa Qarabağ probleminə yanaşma tərzi də dəyişməyib. Bu gün Fransa birmənalı olaraq Errmənistanın havadar dövləti kimi çıxış edir. Lakin onun statusu sadəcə vasitəçilikdən ibarətdir. Eyni zamanada ABŞ-nin də məsələyə yanaşma məsələsi də bu günədək qeyri-müəyyəndir. Rusiya isə indiyədək işğalçı tərəfi silahlandırır”.

Politoloq hazırda Qarabağ Suriya və Livandan ermənilərin gətirildiyini deyərək, onların iri biznes şəbəkəsi qurduğunu vurğulayıb:

"Bu gün formatı dəyişdirmək və bununla problemin həlll olunacağını düşünmək absurd olduğu kimi həm də riyakarlıq olar. Azərbaycan əsas problemi həll edib yeganə problem Qarabağ ərazisində məskunlaşan ermənilərin Azərbaycan konstitusiyasını qəbul edərək, qaydalara uyğun yaşamasıdır. Bu isə Minsk qrupu çərçivəsində həll olan məsələ deyil. Ortada 10 Noyabr sənədi var və bu sənəddə konkret müddəa var ki, məcburi köçkünlərin Qarabağa qaytarılması ilə BMT-nin ali komissiyası məşğul olmalıdır. Çox maraqlıdır ki, bu səlahiyyəti Rusiya öz üzərinə götürüb və Azərbaycan vətəndaşı olan, yaxud olmayan  erməniləri Qarabağa daşımaqla məşğuldur. Konkret informasiyalar var ki, Qarabağ ərazisinə gələnlər arasında təkcə Azərbaycan vətəndaşları yox, Suriya, Livan ərazisindən gətirilən ermənilər də var. Onların bu gün Qarabağ, Xankəndidə bizneslə məşğul olduğu deyilir”.
 
Əzizə Zeynal
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man