Rusiya sülhməramlılarının fəaliyyəti nə vaxt sonlandırılacaq? – ŞƏRH

Siyasət 10 Dekabr 2021 | 13:00
OXUNUB: 936
Artıq bir ildir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat əsasında Qarabağda və Laçın dəhlizində Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Zaman-zaman sülhməramlıların fəaliyyəti müzakirə obyektinə çevrilib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın sülhməramlı fəaliyyəti dörd ildən sonra ciddi problemlə üzləşəcək. Onun sözlərinə görə,  Azərbaycan dörd ildən sonra sülhməramlı qüvvələrin fəaliyyətinin sonlandırılmasını tələb edəcək:

"Bu da yeni gərginliyə yol açacaq. Əks təqdirdə, Rusiyanın qarşısında əsas şərt irəli sürüləcək. Birinci, silahlı erməni birləşmələri ləğv edilir. İkinci, Laçın dəhlizində Azərbaycan postu yaradılır. Üçüncü, separatçı rejim ləğv edilməlidir. Əgər Rusiya bu şərtlərə əməl etməzsə, Azərbaycana qarşı yeni təhlükə olacaq. Rusiya buradan bizə qarşı erməni təxribatlarına rəvac verəcək”.

Müsahibimiz bildirib ki, sülhməramlı qüvvələrin hazırkı missiyası bir il ərzində yalnız erməni separatizmini müdafiə etmək olub:

"Eyni zamanda silahlı erməni birləşmələrini Azərbaycanın təzyiqindən qoruyublar. Bu da ölkəmizə qarşı birmənalı olaraq sülhməramlı qüvvələrinin fəaliyyətini əks etdirir. Post-Putin dövründə Azərbaycan və Rusiya əlaqələrində problemlərin ortaya çıxması da istisna deyil. Ona görə də sülhməramlı qüvvələrlə bağlı ciddi şəkildə planımız olmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man