XİN-dən Soçi görüşü ilə bağlı açıqlama

Siyasət 27 Noyabr 2021 | 00:05
OXUNUB: 2283
26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində qeyd olunub.

Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib:

"Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.

Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək".


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man