Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşdü

Siyasət 06 Noyabr 2021 | 16:03
OXUNUB: 1146
6 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlər tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib. Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə edilib.

Görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəf məlumat verib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man