İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Siyasət 16 Oktyabr 2021 | 13:16
OXUNUB: 1086
Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə növbəti iclas keçirilib.

Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, toplantının gündəliyində nəqliyyat sektoruna aid 4 portfel şirkətin "Azərbaycan Hava Yolları” QSC (AZAL), "Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Metropoliteni” QSC və "BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man